Bank Of Baku

Monqolustanda etirazçıların tələbləri əsasında Cinayət Məcəlləsinə dəyişiklik edilə bilər

Monqolustanda aksiya

© APA | Monqolustanda aksiya

# 14 dekabr 2022 10:12 (UTC +04:00)

Monqolustanda etiraz aksiyalarında iştirak edənlərin tələbləri əsasında Cinayət Məcəlləsində əlavə və dəyişikliklər ola bilər.

APA xəbər verir ki, bu barədə ölkənin Ədliyyə və Daxili İşlər Nazirliyi məlumat yayıb.

O qeyd edib ki, aksiyaya toplaşanlar milyardlar oğurlamış korrupsionerlərin kiçik həcmli cərimələr ödəməsindən narazıdır. Bu səbəbdən də Monqolustan hökuməti korrupsiya əleyhinə qanunvericiliyə düzəlişlər layihəsini parlamentin gündəliyinə daxil edəcək.

Həmçinin əlavə olunub ki, oğurluq yolu ilə əldə olunan əmlakın müsadirəsi haqda bənd qanuna əlavə olunacaq və yeni qanun layihəsində 20 ilə qədər həbs cəzası ilə yanaşı, həmçinin ömürlük həbs də nəzərdə tutulur.

Xatırladaq ki, dekabrın 4-dən başlayaraq Monqolustanda Çinə ixracı nəzərdə tutulan kömürün oğurlanması ilə bağlı kütləvi aksiyalar keçirilib və 5 dekabrda etirazçılar Hökumət Evinin binasına daxil olub. Oğurluğun həcmi 12.8 milyard dollar qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR