Bank Of Baku

Monqolustanda sabiq Baş nazirlər kömür oğurluğu ilə bağlı istintaqa çağırılıb

Monqolustanda aksiya

© APA | Monqolustanda aksiya

# 20 dekabr 2022 10:58 (UTC +04:00)

Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidməti üç sabiq Baş naziri kömür oğurluğu işi ilə bağlı ifadə vermək üçün çağırıb.

APA xəbər verir ki, bu barədə Monqolustanın “İkon” internet portalı yazıb.

Məlumatda deyilir ki, Monqolustan Nazirlər Kabinetinə rəhbərlik etmiş sabiq baş nazirlər Batbold Suhbaatar (2007-2009), Erdenebat Jarqaltulqa (2009-2012) və Bayar Sanc (2016-2017) ifadə verməyə çağırılıb.

Qeyd olunub ki, hal-hazırda kömür oğurluğu hadisəsində şübhəli bilinən 50 nəfər istintaqa cəlb olunub.

Xatırladaq ki, Çinə ixracı nəzərdə tutulan 12,9 milyard dollarlıq kömürün oğurlanması ilə əlaqədar olaraq Monqolustanın paytaxtı Ulan-Batorda hökumət sarayının qarşısında kütləvi aksiyalar artıq iki həftədir ki, davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR