Bank Of Baku

Müdafiə naziri: Türkiyə antiterror əməliyyatlarını keçirməyə məcburdur

Hulusi Akar

© APA | Hulusi Akar

# 06 yanvar 2023 13:21 (UTC +04:00)

Türkiyənin Suriya və İraqın şimalında məqsədi terrora son qoymaqdır.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

O qeyd edib ki, qonşu ölkələr bunu özləri edə bilmədiyi halda, Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün anti-terror əməliyyatlarını keçirməyə məcburdur.

“Bizim məqsədimiz sadəcə terrorçularla mübarizədir, PKK ilə YPG-nin fərqi yoxdur. Bizim oradakı insanlarla heç bir problemimiz yoxdur, türk və kürdlər qardaşdır”, - deyə o vurğulayıb.

Akar əlavə edib ki, Türkiyə Silahlı Qüvvələri anti-terror əməliyyatları zamanı mülki şəxslər və tarixi abidələrə qarşı son dərəcə həssasdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR