Ankaranın “Esenboğa” Beynəlxalq Hava Limanı çərşənbə axşamı NATO zirvəsi ilə əlaqədar olaraq mülki uçuşları doqquz saat müddətinə dayandıracaq.
APA xəbər verir ki, bu barədə aeroportun mətbuat xirmədi məlumat yayıb.
"7 iyulda saat 10:00-dan 18:00-dək Esenboğa Hava Limanından gəlməsi və yola düşməsi planlaşdırılan bütün uçuşlar NATO zirvəsi ilə əlaqədar olaraq ləğv edilib", - açıqlamada deyilir.
Bu müddət ərzində heç bir mülki uçuş gəlməyəcək və ya yola düşməyəcək.
Analoji tədbirlərin çərşənbə günü saat 14:00-dan 21:00-dək görülməsi gözlənilir.