Bank Of Baku

SEPAH: Super neft tankeri Hörmüz boğazında iki dəniz minasına çırpılıb

SEPAH: Super neft tankeri Hörmüz boğazında iki dəniz minasına çırpılıb
# 31 avqust 2026 09:50 (UTC +04:00)

Hörmüz boğazının cənub hissəsində hərəkət edən super neft tankerinin iki dəniz minasına çırpıldığı bildirilir.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

SEPAH-ın açıqlamasında iddia olunub ki, tanker müəyyən edilmiş qaydalara zidd marşrutla Hörmüz boğazından keçməyə çalışarkən iki dəniz minasına çırpılıb.

Məlumata görə, hadisə nəticəsində tankerdə güclü yanğın baş verib və gəmi hərəkətsiz vəziyyətə düşüb.

SEPAH Hərbi Dəniz Qüvvələri bəyanatında Hörmüz boğazından keçən gəmilərin müəyyən edilmiş təhlükəsizlik və hərəkət qaydalarına riayət etməli olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR