Bank Of Baku

Netanyahu: İsrail suveren Fələstinin yaradılmasına razı olmayacaq

Netanyahu: İsrail suveren Fələstinin yaradılmasına razı olmayacaq
# 08 iyul 2025 07:01 (UTC +04:00)

İsrail tam hüquqlu suveren Fələstin dövlətinin yaradılmasına və ilk növbədə təhlükəsizlik sahəsində əsas səlahiyyətlərin ona verilməsinə razı olmayacaq.

APA xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"İnanıram ki, fələstinlilərin özünüidarə üçün bütün səlahiyyətləri olmalıdır, lakin heç biri bizi təhdid etməməlidir. Bu o deməkdir ki, müəyyən səlahiyyətlər, məsələn, ümumilikdə təhlükəsizliklə bağlı olanlar həmişə bizim əlimizdə qalacaq. Bu faktdır. İsraildə heç kim başqa heç nə ilə razılaşmayacaq. Çünki biz intihar etmək fikrində deyilik. Biz elə bir dünya quracağıq ki, təhlükəsizliyimiz, təhlükəsizlik sahəsində suveren səlahiyyətlərimiz həmişə bizim əlimizdə qalsın", - Netanyahu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR