Bank Of Baku

Netanyahu Qəzza sakinlərini şəhəri tərk etməyə çağırıb

İsrailin Baş naziri Benyamin Netanyahu

© APA | İsrailin Baş naziri Benyamin Netanyahu

# 08 sentyabr 2025 21:43 (UTC +04:00)

İsrail ordusu yaxın vaxtlarda Fələstinin Qəzza şəhərinə genişmiqyaslı hücuma başlayacaq.

APA xəbər verir ki, belə xəbərdarlıqla İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib.

Onun video-müraciəti hökumət başçısının mətbuat xidməti tərəfindən yayılıb.

Netanyahu xatırladıb ki, son günlərdə İsrail ordusu Qəzzada bir neçə hündürmərtəbəli binanı məhv edib.

Məlumata görə, HƏMAS bu binalardan hərbi məqsədlərlə istifadə edirdi.

Baş nazirin sözlərinə görə, son iki gündə İsrail Hərbi Hava Qüvvələri Qəzzada 50 hündürmərtəbəli tikilini dağıdıb.

“Bu fürsətdən istifadə edib Qəzza sakinlərinə səslənirəm: diqqətlə qulaq asın, sizi xəbərdar ediblər – oranı tərk edin!” – deyə Netanyahu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR