Bank Of Baku

Netanyahu Qəzza zolağında əməliyyatın başa çatacağı tarixi açıqlayıb

Netanyahu Qəzza zolağında əməliyyatın başa çatacağı tarixi açıqlayıb
# 11 mart 2024 02:07 (UTC +04:00)

İsrail ordusu yaxın iki ay ərzində Qəzza zolağında hərbi əməliyyatları dayandıracaq.

APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin "Politico" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hərbi əməliyyat iki aydan çox davam etməyəcək.

"Ola bilsin, altı həftə, bəlkə də dörd həftə çəkəcək", - deyə o əlavə edib.

Baş nazir qeyd edib ki, İsrail Müdafiə Qüvvələri artıq HAMAS qruplaşmasının terrorçu batalyonlarının 75%-ni məhv edib.

"Biz son hissəyə yaxınlaşırıq", - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR