Paşha Bank
Bank Of Baku

Səudiyyə Ərəbistanı səfiri: Krallıq hər il azərbaycanlı tələbələr üçün 121 təqaüd yeri ayırır

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli

© APA | Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli

# 21 oktyabr 2026 12:17 (UTC +04:00)

Səudiyyə Ərəbistanı Krallığı hər il azərbaycanlı tələbələr üçün 121 təqaüd yeri ayırır.

APA xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Bakı Beynəlxalq Kitab Sərgisində jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, təqaüd proqramı Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilir və tələbələrə müxtəlif ixtisaslar üzrə təhsil almaq imkanı yaradır. Proqramda iştirak etmək üçün müraciətlər onlayn qaydada təqdim olunur.

İssam bin Saleh əl-Cuteyli Səudiyyə Ərəbistanının sərgidə iştirakından məmnunluğunu ifadə edib. O qeyd edib ki, ölkənin mədəniyyətinin təqdim edilməsi və Səudiyyə cəmiyyəti haqqında məlumatların bölüşülməsi iki ölkə arasında mədəni mübadilənin və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verəcək.

Səfirin sözlərinə görə, Səudiyyə Ərəbistanı Krallığının sərgidəki stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır. Stend ölkənin milli kimliyini əks etdirir və bir sıra təşkilatların iştirakı ilə təqdim olunur.

O, stenddə sərgi ziyarətçiləri üçün faydalı olacaq çoxsaylı maraqlı məlumatların yer aldığını bildirib və Səudiyyə Ərəbistanının stendini ziyarət edənlərə təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR