Bank Of Baku

Oman və İran XİN başçıları Hörmüz boğazında sərbəst gəmiçiliyi müzakirə edib

Oman və İran XİN başçıları Hörmüz boğazında sərbəst gəmiçiliyi müzakirə edib
# 10 iyul 2026 00:18 (UTC +04:00)

Omanın xarici işlər naziri Bədr bin Həməd bin Həmud əl-Busaidi və İranın xarici işlər naziri Abbas Əraqçi telefon danışığı zamanı regional eskalasiyanı və Hörmüz boğazında gəmiçilik azadlığının təmin olunmasını müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Tərəflər hərbi eskalasiyanın dayandırılmasının və bütün tərəflərin maraqlarını nəzərə alan sülh yönümlü siyasi həll yollarının hazırlanmasının zəruriliyini vurğulayıblar”, - deyə açıqlamada bildirilib.

Nazirlər həmçinin Hörmüz boğazı vasitəsilə kommersiya gəmilərinin və enerji daşıyıcılarının maneəsiz hərəkətinin təmin olunmasının vacibliyini qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR