Bank Of Baku

Pakistan ABŞ və İran arasında texniki danışıqların sabah İsveçrədə keçiriləcəyini açıqlayıb

Pakistan ABŞ və İran arasında texniki danışıqların sabah İsveçrədə keçiriləcəyini açıqlayıb
# 20 iyun 2026 19:00 (UTC +04:00)

İslamabad Anlaşma Memorandumunun imzalanmasının davamı olaraq, 21 iyun 2026-cı il tarixində İsveçrənin Bürgenştok şəhərində texniki səviyyəli danışıqlar keçiriləcək.

APA xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında paylaşım edib.

Məlumatda bildirilib ki, müzakirələrdə ABŞ və İran nümayəndələri, eləcə də Pakistan və Qətərdən olan vasitəçilər iştirak edəcəklər.

Qeyd olunub ki, Pakistan vasitəçi qismində prosesə dəstəyini davam etdirəcək. Məqsəd isə İslamabad Anlaşma Memorandumu çərçivəsində əldə olunmuş razılaşmaların irəlilədilməsi və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR