Bank Of Baku

Pakistanda avtobus dərəyə yuvarlanıb, azı 12 nəfər ölüb

Qəza

© APA | Qəza

# 20 fevral 2023 14:15 (UTC +04:00)

Pakistanın şərqindəki Pəncab əyalətində avtobusun dərəyə yuvarlanması nəticəsində azı 12 nəfər ölüb, 54 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Siasat Daily” nəşri məlumat yayıb.

Bildirilib ki, qəza Kallar-Kahar şəhəri yaxınlığındakı magistral yolda baş verib. Avtobusdakı sərnişinlərin toy mərasimində iştirak etdikdən sonra Ravalpindi şəhərindən Lahora qayıtdıqları bildirilib.

Qəzaya səbəb kimi avtobusun əyləc sisteminin nasazlığı göstərilib, belə ki idarəetməni itirərək qarşı zolağa çıxan avtobus üç avtomobillə toqquşub və dərəyə düşüb.

Xəsarət alanlar xəstəxanalara çatdırılıb və onlardan dördünün vəziyyətinin ağır olduğu qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR