Bank Of Baku

Pakistanda bir gecədə polis qüvvələrinə qarşı 8 hücumda 6 polis zabiti həlak olub

Pakistanda bir gecədə polis qüvvələrinə qarşı 8 hücumda 6 polis zabiti həlak olub
# 14 avqust 2025 13:34 (UTC +04:00)

Pakistanın şimal-qərb bölgəsində silahlı şəxslər polis orqanlarına qarşı səkkiz silsilə hücum həyata keçirib.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, hücumlar nəticəsində 6 polis zabiti həlak olub.

Məlumata əsasən, hücumçular qranatamyotlardan istifadə edərək polis məntəqələrini, yoxlama-buraxılış postlarını və patrul qruplarını hədəfə alıblar.

Qeyd edək ki, hücumların baş verdiyi ərazilər Əfqanıstan sərhədinə yaxın bölgələrdə yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR