Pakistanın Hayber-Paxtunxva əyalətində terrorçuların polis maşınına hücumu nəticəsində 3 polis ölüb.
APA-nın “Dawn” qəzetinə istinadən verdiyi xəbərə görə, əyalətdə əməliyyata başlanıb, hadisə ilə bağlı araşdırma aparılır.
Pakistan Taliban Hərəkatı baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.