Papua-Yeni Qvineyada 7 böyüklükdə zəlzələ olub.
APA TRT-yə istinadən xəbər verir ki, ABŞ Geologiya Araşdırmaları Qurumu ölkənin cənub-şərqindəki Kainntu bölgəsində baş verən zəlzələ 90 km dərinlikdə yaranıb.
Yeraltı təkandan sonra Papua-Yeni Qvineya və İndoneziya sahilləri üçün verilən sunami xəbərdarlığı sonradan ləğv edilib.
Ölən və xəsarət alanlarla bağlı məlumat yoxdur.