Polşa Qəzzada İsrailin hava zərbəsi nəticəsində həlak olan polşalı yardım işçisinin ailəsinə təzminat ödənilməsini tələb edir.
APA "France 24"ə istinadən xəbər verir ki, bu barədə Polşa Baş naziri Donald Tusk mətbuat konfransında deyib.
Polşanın baş naziri bildirib ki, İsrail üzr istəməli və bazar ertəsi Qəzzada hava hücumu nəticəsində həlak olan 7 yardım işçisi arasında olan Polşa vətəndaşının ailəsinə təzminat ödəməlidir: “Biz vəziyyətin dərhal izah olunmasını və qurbanların yaxınlarına təzminat ödənilməsini gözləyirik".
Xatırladaq ki, bir neçə gün əvvəl "World Central Kitchen" xeyriyyə təşkilatının 7 işçisi Qəzzada İsrailin zərbələri nəticəsində həlak olub. Onların 3-ü Britaniya vətəndaşı, 1-i Avstraliya, 1-i Polşa, vətəndaşı, digər iki nəfər isə fələstinli və ABŞ-Kanada ikili vətəndaşlığı olan şəxslərdir.