Paşha Bank
Bank Of Baku

Qalibaf: İsrail ABŞ-ı İranla bitməyən müharibəyə cəlb etməyə çalışır

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf

© APA | İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf

# 09 noyabr 2026 21:46 (UTC +04:00)

İsrail ABŞ-ı İranla sonsuz müharibəyə cəlb etməyə çalışır.

APA xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

“İsrail ABŞ-ı İranla sonsuz müharibəyə sürükləmək üçün var gücü ilə çalışır. Bu, nə indiki, nə də gələcək prezidentin, istər respublikaçı, istərsə də demokrat olsun, çıxa bilməyəcəyi bir bataqlıqdır”, – Qalibaf qeyd edib.

İran parlamentinin sədri Vaşinqtonun İsrailə münasibətdə siyasətini də tənqid edib.

“Əgər Vaşinqton ‘İsrail hər şeydən əvvəl’ düşüncəsindən imtina etməsə, Amerikanı və onun müttəfiqlərini qaranlıq günlər gözləyir”, – o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR