Qazaxıstan hakimiyyəti milli nüvə enerjisi sənayesini yaradacaq.
APA TASS-a istinadən xəbər verir ki, bunu Moskvada səfərdə olan Kasım-Jomart Tokayev Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşündə deyib.
Tokayevlə Rusiya Prezidenti Vladimir Putin arasında aparılan danışıqlar nəticəsində Qazaxıstanın Energetika Nazirliyi ilə “Rosatom” korporasiyası arasında atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində kadrların hazırlanması üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
“Bu, nüvə energetikası sahəsində mütəxəssislərin hazırlanmasına istiqamətində ilk addımdır. Düşünürəm ki, biz Qazaxıstanın nüvə energetikasının yaradılması üçün irəliyə doğru gedirik”, - deyə Tokayev bildirib.
Görüş zamanı Qazaxstan Prezidenti Mixail Mişustini ölkəsinə səfərə dəvət edib.