Bank Of Baku

Qazaxıstan prezidenti Xəzərdəki vəziyyətlə bağlı xəbərdarlıq edib

Qazaxıstan prezidenti Xəzərdəki vəziyyətlə bağlı xəbərdarlıq edib
# 01 sentyabr 2025 21:44 (UTC +04:00)

Xəzər dənizinin dayazlaşması ilə bağlı vəziyyət son dərəcə narahatedicidir və ekoloji fəlakətə çevrilmək təhlükəsi yaradır.

APA xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ŞƏT sammitində çıxışı zamanı deyib.

"Diqqətinizi çox incə, lakin ciddi bir məsələyə cəlb etmək istərdim. Bu, Xəzər dənizi ətrafında acınacaqlı vəziyyətdir. Vəziyyət ekoloji fəlakətə yaxınlaşır", - o bildirib.

Bu problemi həll etmək üçün Tokayev Astanada ŞƏT-in himayəsi altında Su Problemlərinin Təhlili Mərkəzinin açılmasını təklif edib.

O vurğulayıb ki, bu mövzu təşkilat daxilində uzunmüddətli məsləhətləşmələr üçün əsas olmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR