Bank Of Baku

Qətər xarici vətəndaşların Qəzzadan təxliyəsi ilə bağlı vasitəçilik edib

Qətər xarici vətəndaşların Qəzzadan təxliyəsi ilə bağlı vasitəçilik edib
# 01 noyabr 2023 11:39 (UTC +04:00)

Qətər ABŞ-la koordinasiyalı şəkildə Misir, İsrail və HAMAS arasında xarici pasport sahiblərinin və bəzi ağır yaralıların mühasirədə olan Qəzzadan çıxarılmasına icazə vermək üçün vasitəçilik edib.

APA xəbər verir ki, bu barədə "Reuters" məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Mənbə bildirib ki, razılaşma xarici pasport sahiblərinin və bəzi ağır yaralıların Misir və Qəzza arasındakı Rəfah sərhəd-keçid məntəqəsindən keçməsinə icazə verəcək, ancaq keçidin evakuasiya üçün nə qədər müddət açıq qalacağına dair heç bir qrafik yoxdur.

Razılaşma qida, su, yanacaq və tibbi ləvazimatların çatışmazlığından əziyyət çəkən anklavda humanitar böhranı azaltmaq üçün nəzərdə tutulan fasilələrin verilməsi məsələlərini əhatə etmir.

HAMAS-ın silahlı qanadı Əl-Qəssam Briqadasının sözçüsü Əbu Ubeydə isə oktyabrın 31-də "Telegram" kanalında bildirib ki, İsrailə hücum zamanı girov götürülən 200-ə yaxın əcnəbidən bəziləri tezliklə azad ediləcək. O, girovların sayı və onların milliyyəti barədə əlavə məlumat verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR