Bank Of Baku

Qətər XİN: Qəzzada atəşkəs danışıqları davam etsə də, heç bir nəticə yoxdur

Məcid əl-Ənsari

© APA | Məcid əl-Ənsari

# 02 sentyabr 2025 15:08 (UTC +04:00)

İsrail Qəzzada atəşkəslə bağlı təklifə hələ də cavab verməyib.

APA xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari deyib.

O bildirib ki, danışıqlar davam edir, amma hər hansı bir nəticə yoxdur.

Qətər XİN sözçüsü İsrailin eskalasiyaya doğru hərəkət etdiyini və Qəzzada təhlükəli addımlar atdığını bəyan edib.

“Qəzzanın işğalı hər kəsi, o cümlədən girovları da təhdid edən bir addımdır”, - Ənsari vurğulayıb.

Qeyd edək ki, HAMAS və İsrail arasında Qəzzada atəşkəsə nail olmaq üçün Qətər və Misirin vasitəçiliyi ilə danışıqlar gedir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR