Qətərli vasitəçilər ABŞ və İranla ayrı-ayrılıqda danışıqlar aparacaq.
Bunu “Reuters”ə məlumatlı mənbə bildirib.
Məlumata görə, danışıqlar bu gün və ya sabah ABŞ-da İranın xarici işlər naziri Abbas Əraqçi və Amerika tərəfi ilə ayrı-ayrılıqda aparılacaq.
Mənbənin sözlərinə görə, dialoq İranın irəli sürdüyü 7 günlük planın düzəliş edilmiş versiyası üzərində keçiriləcək.