Bank Of Baku

Qəzza-Misir sərhədindəki Rəfah keçid məntəqəsi açılıb - VİDEO - YENİLƏNİB

Qəzza-Misir sərhədindəki Rəfah keçid məntəqəsi açılıb - VİDEO  - YENİLƏNİB
# 01 noyabr 2023 12:28 (UTC +04:00)

Qəzza ilə Misir arasındakı Rəfah sərhəd-keçid məntəqəsi İsrail-Həmas müharibəsi başlayandan bəri ilk dəfə olaraq açılıb.

APA "Al- Jazeera"ya istinadən xəbər verir ki, 500-ə qədər əcnəbi vətəndaşın və bir sıra yaralı fələstinlilərin anklavı tərk etməsinə icazə veriləcək.

"Russia Today"ın verdiyi xəbərə görə isə, 90-a yaxın yaralı fələstinli və 450 xarici pasport sahibinin keçid məntəqəsindən Misirə keçməsinə icazə veriləcək.

***

12:02

Britaniya xarici işlər naziri Ceyms Kleverli bugün Qəzza ilə Misir arasındakı Rəfah keçid məntəqəsinin açılacağını bildirib.

APA xəbər verir ki, bu barədə britaniyalı nazir "X" hesabında bildirib.

"Rəfah keçid məntəqəsinin bu gün ilk qrup xarici vətəndaşlar üçün açılacağı gözlənilir. Böyük Britaniya komandaları Britaniya vətəndaşlarına oranı tərk edən kimi kömək etməyə hazırdır. Həyati əhəmiyyətli humanitar yardımın Qəzzaya mümkün qədər tez daxil olması çox vacibdir", - Kleverli vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR