Bank Of Baku

Qəzzanın işğalına qarşı çıxan israillilər Təl-Əvivdə magistral yolu bağlayıblar

Qəzzanın işğalına qarşı çıxan israillilər Təl-Əvivdə magistral yolu bağlayıblar
# 06 avqust 2025 07:28 (UTC +04:00)

İsrailin Qəzza zolağının tamamilə ələ keçirilməsi planına qarşı çıxan onlarla etirazçı atəşkəs və məhbus mübadiləsi razılaşması tələbi ilə paytaxt Təl-Əvivin əsas küçəsi olan Ayalon şossesini bağlayıb.

APA xəbər verir ki, bu haqda “The Times of Israel” məlumat yayıb.

Məlumata görə israilli nümayişçilər baş nazir Benyamin Netanyahunun Qəzzaya hücum və işğal planları ilə bağlı keçirdiyi iclasdan sonra küçələrə axışıb.

Hökumətin Qəzza siyasətinə qarşı çıxan etirazçılar təkər yandıraraq magistral yolu bağlayıblar.

Bir neçə saat bağlı qalan magistral yol daha sonra açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR