Bank Of Baku

Qəzzanın şimalında partlayış olub – İsrailin indiyə kimi 860‑dan artıq əsgəri həlak olub

İsrael Natan Rosenfeld

© APA | İsrael Natan Rosenfeld

# 29 iyun 2025 17:36 (UTC +04:00)

İsrail Müdafiə Qüvvələri (IDF) bu gün Qəzza zolağının şimalında gedən döyüşlər zamanı bir əsgərin həlak olduğunu açıqlayıb.

APA ordunun bəyanatına istinadən xəbər verir ki, həlak olan əsgər serjant İsrael Natan Rosenfelddir. O, Rananadan olan 601-ci Döyüş Mühəndisliyi Batalyonunun 20 yaşlı hərbi qulluqçusu idi.

İsrail ordusunun ilkin araşdırmasına görə, Rosenfeld Kafr Cəbaliyyə bölgəsində keçirilən əməliyyatlar zamanı partlayıcı qurğu nəticəsində həlak olub.

Ordunun açıqladığı rəsmi statistikalara əsasən, Qəzza ilə münaqişə başlayandan bəri müharibə dövründə 860dan artıq İsrail əsgəri həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR