Bank Of Baku

Qumda 7 qız şagird zəhərlənib

Qumda 7 qız şagird zəhərlənib
# 05 aprel 2023 13:55 (UTC +04:00)

Qumda Saləmat qızlar məktəbində 7 qız şagird zəhərlənib.

APA IRIB-ə istinadən xəbər verir ki, şagirdlərdə baş ağrısı, başgicəllənmə, tənəffüs çətinliyi və ürəkbulanma kimi əlamətlər olub.

Şagirdlər məktəbdən yanmış rezin qoxusunun gəldiyini bildiriblər.

Qeyd edək ki, İranda Novruz bayramı tətilinin bitməsindən sonra məktəblərdə dərslərin başlaması ilə kütləvi zəhərlənmə halları yenidən qeydə alınmağa başlayıb.

Məlumata görə, dünən Təbrizdə 20, İsfahanda isə 8 qız şagird xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR