Bank Of Baku

Quttereş taxıl sazişinin yenidən fəaliyyəti ilə bağlı Türkiyəyə təşəkkür edib

Quttereş taxıl sazişinin yenidən fəaliyyəti ilə bağlı Türkiyəyə təşəkkür edib
# 03 noyabr 2022 00:28 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı "Taxıl dəhlizi" ilə bağlı son hadisələr müzakirə olunub.

Nazir Çavuşoğlu Quterreşə Prezident Ərdoğanın vasitəçiliyi ilə taxıl sazişinin yenidən fəaliyyətinin bərpa olunması üçün ölkəsinin atdığı təşəbbüslər barədə məlumat verib.

Baş katib Quterreş öz növbəsində Türkiyəyə göstərdiyi səylərə görə təşəkkür edib və nəticədən çox məmnun olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR