Bank Of Baku

Radarını söndürən tanker Hörmüz boğazında minaya düşüb

Radarını söndürən tanker Hörmüz boğazında minaya düşüb
# 26 iyul 2026 16:44 (UTC +04:00)

Radar sistemini söndürərək hərəkət edən neft tankerinin Hörmüz boğazında dəniz minasına düşdüyü bildirilir.

Hadisə barədə S&P Global beynəlxalq dəniz təhlükəsizliyi sahəsində məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Tankerin hansı ölkəyə məxsus olduğu məlum deyil.

Yayılan məlumatlarda qeyd olunur ki, tanker İranın müəyyən etdiyi təhlükəsiz hərəkət marşrutundan kənara çıxdıqdan qısa müddət sonra partlayış baş verib. Gəminin mina ilə toqquşduğu ehtimal edilir, lakin hadisənin bütün detalları hələ rəsmi şəkildə təsdiqlənməyib.

Məlumata görə, İran daha əvvəl Hörmüz boğazından keçən kommersiya gəmilərinə yalnız müəyyən edilmiş marşrutlardan istifadə etmələri barədə bir neçə dəfə xəbərdarlıq edib və bu qaydaların pozulmasının ciddi təhlükəsizlik riskləri yarada biləcəyini bildirib. Son həftələr bölgədə gərginliyin artması səbəbindən bir çox tanker izləmə sistemlərini söndürərək boğazdan keçməyə çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR