Bank Of Baku

Kürdəmirdə zəncirvari yol qəzası olub, bir nəfər ölüb - YENİLƏNİB

Kürdəmirdə zəncirvari yol qəzası olub, bir nəfər ölüb - YENİLƏNİB
# 26 iyul 2026 14:10 (UTC +04:00)

Kürdəmirdə baş verən qəzada ağır xəsarət alanlardan biri vəfat edib.

APA- nın yerli bürosunun xəbərinə görə, rayonun Yeni Şıxımlı kənd sakini, 1992- ci il təvəllüdlü Kamran Nadir oğlu Məmmədov vəfat edib.

***

11:08

Kürdəmirdə zəncirvari yol qəzası olub, xəşarət alanlar var.

APA- nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Daewoo" markalı avtomobil yol kənarında dayanmış "VAZ-2106" markalı avtomobilə, daha sonra eyni markalı digər "VAZ"a çırpılıb.

Nəticədə "VAZ"lardan biri yoldan çıxaraq aşıb. Qəza zamanı rayon sakinləri — 27 yaşlı Əlismayıl Əliyev və 34 yaşlı Kamran Məmmədov müxtəlif bədən xəsarətləri alıblar. Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR