Bank Of Baku

Çində güclü daşqın olub, 10 nəfər ölüb, onlarla yaralı var

Çində güclü daşqın olub, 10 nəfər ölüb, onlarla yaralı var
# 26 iyul 2026 15:16 (UTC +04:00)

Çinin şimal-qərbində yerləşən Qansu əyalətində baş verən qəfil daşqın nəticəsində azı 10 nəfər həyatını itirib, daha 23 nəfər isə xəsarət alıb.

Bu barədə Sinxua agentliyi Dinsi şəhər dairəsinə daxil olan Veyyuan rayonunun yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Hadisə iyulun 26-da Dinsi şəhərinə bağlı Veyyuan rayonundakı turizm zonalarından birində qeydə alınıb. Qısamüddətli, lakin güclü yağışlar nəticəsində yaranan daşqın ərazidə düşərgə salan turistləri çətin vəziyyətdə qoyub. Onlardan bir neçəsi təbii fəlakət səbəbindən ərazidə köməksiz vəziyyətdə qalıb.

Hazırda hadisə yerində polis əməkdaşları, yanğınsöndürənlər və digər fövqəladə xidmət qurumları fəaliyyət göstərir. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir, itkin düşənlərin olub-olmaması araşdırılır.

Məlumata görə, xilasedicilər zərərçəkənlərin təhlükəsiz əraziyə təxliyəsi və fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlərini davam etdirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR