Rəisi: "Hegemon dövlətlər İran və Pakistan arasında nifaq yaratmağa çalışırlar"

Rəisi: "Hegemon dövlətlər İran və Pakistan arasında nifaq yaratmağa çalışırlar"
# 13 aprel 2024 04:51 (UTC +04:00)

Hegemon dövlətlər Pakistan və İran arasında münasibətlərdə nifaq və qeyri-sabitlik yaratmağa, iki ölkənin xalqını qiyama təhrik etməyə çalışırlar.

APA xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi pakistanlı həmkarı Asif Əli Zərdari ilə telefon danışığı zamanı deyib.

“İran Prezidentinin sözlərinə görə, Tehran və İslamabad təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığı gücləndirməklə düşmənlərinin planlarını pozmalıdır. Hakim güclər İran və Pakistan arasında münasibətlərin inkişafını bəyənmir və üsyana qızışdırmaqla iki xalq, iki İslam ölkəsi arasında parçalanma yaratmağa çalışırlar", - Rəisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR