Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin Pekində danışıqlara başlayıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, danışıqların yekunda birgə sənədlər paketi imzalanacaq.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək üçün Çinə səfər edib.