Bank Of Baku

SEPAH-ın zabiti öldürülüb

SEPAH-ın zabiti öldürülüb
# 04 yanvar 2023 00:09 (UTC +04:00)

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitinə qarşı sui-qəsd olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun zabiti Qasim Fətullah evinin qarşısında naməlum şəxs tərəfindən güllələnib.

Məlumatda bildirilir ki, 4 güllə yarası alan zabit xəstəxanada həyatını itirib.

Öldürülən Qasim Fətullahi SEPAH-ın Məhəmməd Rəsulullah briqadasının zabiti olub.

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR