Bank Of Baku

SEPAH Küveytdəki Əli əl-Salem bazasındakı radarlara zərbələr endirildiyini açıqlayıb

SEPAH Küveytdəki Əli əl-Salem bazasındakı radarlara zərbələr endirildiyini açıqlayıb
# 22 iyul 2026 01:01 (UTC +04:00)

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdəki Əli əl-Salem bazasındakı və Bubiyan adasındakı radar sistemlərinin məhv edildiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə SEPAH-ın “Tasnim” xəbər agentliyi tərəfindən dərc edilən açıqlamasında deyilir.

"Nəsr-2 əməliyyatının 24-cü dalğası və ərazidəki radar sistemlərinin təmizlənməsi zamanı SEPAH qırıcıları erkən xəbərdarlıq radarına, Əli əl-Salem Hava Bazası yaxınlığındakı taktiki radar kompleksinə və Küveytin Bubiyan adasındakı başqa bir radar sisteminə zərbə endirərək onları məhv edib və sıradan çıxarıb", - açıqlamada deyilir.

Küveyt hökuməti hələlik ölkə ərazisindəki hədəflərə endirilən zərbələri təsdiqləməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR