İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdəki Əli əl-Salim hava bazasında böyük bir hərbi texnika anbarına, “Patriot” HHM sisteminə və MQ9 PUA-larının anqarına hücum edərək onları məhv etdiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Məlumatda o cümlədən əl-Adiri bazasındakı kazarmanın, iki vertolyot anqarının və telekommunikasiya qülləsinin vurulduğu bildirilir.
SEPAH o cümlədən ABŞ ordusunun Dohadakı bazasında da sursat və logistika anbarlarını vurduğunu açıqlayıb.