Bank Of Baku

Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 500 min barel azaldacaq

Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 500 min barel azaldacaq
# 02 aprel 2023 19:23 (UTC +04:00)

Səudiyyə Ərəbistanı may ayından 2023-cü ilin sonunadək gündəlik neft hasilatını 500 min barel azaldacaq.

APA-nın xəbərinə görə, bu barədə SPA agentliyi məlumat yayıb.

Qeyd edilib ki, bu barədə qərar digər OPEC+ ölkələri ilə koordinasiyalı şəkildə və neft bazarında stabilliyi dəstəkləmək öhdəliyi çərçivəsində qəbul edilib. Bildirilib ki, neft hasilatının azaldılması könüllüdür.

Qeyd edək ki, Qazaxıstan da bu gün may ayından 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 78 min barel azaldacağını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR