Paşha Bank
Bank Of Baku

Səudiyyə Ərəbistanında raket qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb

Səudiyyə Ərəbistanında raket qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb
# 25 oktyabr 2026 21:53 (UTC +04:00)

Səudiyyə Ərəbistanının cənubunda Yəməndəki “Ənsar Allah” hərəkatı tərəfindən buraxıldığı bildirilən ballistik raketlərin qalıqlarının yaşayış məntəqələrinə düşməsi nəticəsində azı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə krallığın Mülki Müdafiə İdarəsi məlumat yayıb.

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinin yaydığı açıqlamaya görə, bazar günü Xamis-Muşayt və Əhəd-Rufeydə rayonlarında hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan iki ballistik raketin qalıqları yerə düşüb.

Hadisə nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşı və Asiya ölkələrindən birinin vətəndaşı yaralanıb.

Bundan əlavə, üç yaşayış evinə və yeddi avtomobilə maddi ziyan dəyib.

Hadisə ilə bağlı əlavə araşdırmaların aparılıb-aparılmadığı barədə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR