Bank Of Baku

Ər-Riyad hava limanında beynəlxalq uçuşlar bərpa olunub

Ər-Riyad hava limanında beynəlxalq uçuşlar bərpa olunub
# 25 oktyabr 2026 16:07 (UTC +04:00)

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanında beynəlxalq uçuşlar bərpa olunub.

APA “Associated Press”ə istinadən xəbər verir ki, Yəməndəki husilərin hücumları səbəbindən iki həftədən çox fəaliyyətini dayandıran hava limanının birinci və ikinci terminalları oktyabrın 25-dən yenidən istifadəyə verilib.

Hava limanının administrasiyası bildirib ki, birinci terminal daxili, ikinci terminal isə ölkənin milli aviaşirkətlərinin beynəlxalq reyslərinə xidmət göstərəcək.

Bu arada Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Ər-Riyada istiqamətlənən ballistik raket və pilotsuz uçuş aparatını zərərsizləşdirdiklərini açıqlayıblar.

Qeyd edək ki, oktyabrın 10-da husilərin məsuliyyətini üzərinə götürdüyü hücumdan sonra hava limanının fəaliyyəti dayandırılmışdı. Husilər hava limanını yenidən hədəfə ala biləcəkləri barədə xəbərdarlıq ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR