Bank Of Baku

Rusiya ABŞ-a istənilən həcmdə dizel yanacağı tədarük etməyə hazır olduğunu açıqlayıb

Rusiya Baş nazirinin müavini Aleksandr Novak

© APA | Rusiya Baş nazirinin müavini Aleksandr Novak

# 25 oktyabr 2026 15:00 (UTC +04:00)

Rusiya ABŞ-a istənilən həcmdə dizel yanacağı tədarük etməyə hazırdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

“Tərəfdaşlarımız nə qədər istəsələr, o qədər də tədarük etməyə hazırıq. Biz istənilən həcmdə yanacaq tədarük edə bilərik”, – Rusiya rəsmisi vurğulayıb.

Novak əlavə edib ki, Rusiya ilə ABŞ arasında dizel yanacağının tədarükünə dair sövdələşmənin elan olunmasından sonra dünya bazarında neftin qiyməti 5–6 faiz ucuzlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR