Bank Of Baku

Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimləri ilə bağlı xəbərdarlıq edib

Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimləri ilə bağlı xəbərdarlıq edib
# 17 fevral 2023 12:14 (UTC +04:00)

Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinə misligörünməmiş güclü cavab verəcəyi ilə bağlı xəbərdarlıq edib.

APA “France24”ə istinadən xəbər verir ki, Pxenyan hərbi təlimləri özünə qarşı müharibə hazırlığı və işğalın məşqi kimi qiymətləndirib.

“ABŞ və Seul hərbi təlimlərdə irəli getsələr, onlar misligörünməmiş əsaslı və güclü əks-reaksiya ilə üzləşəcəklər”, - Şimali Koreyanın bəyanatında deyilib.

Cənubi Koreyanın Müdafiə Nazirliyinin məlumatına görə, gələn həftə keçirilməsi planlaşdırılan birgə hərbi təlimlərdə Pxenyanın nüvə hücumu zamanı ABŞ-ın nüvə vasitələri ilə birgə planlama, birgə idarə və birgə cavab tədbirlərinə fokuslanılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR