Bank Of Baku

Şimali Koreya üç qısamənzilli raket buraxıb

Şimali Koreya üç qısamənzilli raket buraxıb
# 31 dekabr 2022 08:51 (UTC +04:00)

Şimali Koreya Yapon dənizi istiqamətinə üç qısamənzilli ballistik raket buraxıb.

APA xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Raketlər maksimum 100 km yüksəklikdə 350 km uçduqdan sonra dənizə düşüb.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, buraxılış Hvanqhae-Bukto əyalətindən həyata keçirilib.

Yaponiya hökuməti Pekində diplomatik kanallar vasitəsilə raket buraxılışları ilə bağlı Pxenyana etiraz edib.

Hazırkı buraxılış 2022-ci ildə 37-ci idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR