Bank Of Baku

Suriya prezidenti Almaniya kansleri ilə görüşü ləğv edib

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa

© APA | Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa

# 19 yanvar 2026 03:21 (UTC +04:00)

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa Almaniyaya planlaşdırılan səfərindən imtina edib.

APA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Səfər çərçivəsində Berlində Almaniyanın ali rəhbərliyi ilə danışıqların keçirilməsi nəzərdə tutulurdu.

Məlumata görə, Əhməd əş-Şaraa Almaniya kansleri Fridrix Merz və Almaniya Prezidenti Valter Ştaynmayer ilə görüşlər keçirməyi planlaşdırırdı.

Bundan əlavə, səfər proqramında iri Alman şirkətlərinin nümayəndələri ilə danışıqlar da yer alırdı.

Hazırda səfərin ləğv edilməsinin səbəbi ilə bağlı tərəflərdən heç biri rəsmi açıqlama verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR