Bank Of Baku

Kalininqradda Polşa kəşfiyyatına işləməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Kalininqradda Polşa kəşfiyyatına işləməkdə şübhəli bilinən şəxslər saxlanılıb
# 11 noyabr 2026 10:29 (UTC +04:00)

Rusiyanın Kalininqrad vilayətində Polşanın xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən iki nəfər həbs edilib.

APA xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilir ki, həbs olunanlar Polşanın Hərbi Kəşfiyyat Xidməti və Daxili Təhlükəsizlik Agentliyinin tapşırıqlarını yerinə yetiriblər.

Məlumata görə, şübhəlilər Rusiya hərbçiləri, Müdafiə Nazirliyinin obyektləri və regiondakı vəziyyət barədə məlumatlar toplayıblar.

Saxlanılan şəxslər barəsində casusluq maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR