Bank Of Baku

Suriya Prezidenti və SDQ lideri arasında danışıqlar nəticəsiz qalıb

Suriya Demokratik Qüvvələrinin (SDQ) lideri Mazlum Abdi, Suriya Prezidenti Əhməd əl-Şaraa

© APA | Suriya Demokratik Qüvvələrinin (SDQ) lideri Mazlum Abdi, Suriya Prezidenti Əhməd əl-Şaraa

# 20 yanvar 2026 13:18 (UTC +04:00)

Suriya Prezidenti Əhməd əl-Şaraa və Suriya Demokratik Qüvvələrinin (SDQ) lideri Mazlum Abdi arasında danışıqlar iflasa uğrayıb.

APA xəbər verir ki, bu barədə anonim mənbə AFP-yə danışıb.

“Dünən Dəməşqdə general Mazlum və cənab Şaraa arasında gedən danışıqlar tamamilə iflasa uğrayıb. Beynəlxalq ictimaiyyət təcili olaraq qətiyyətli mövqe nümayiş etdirməlidir”, - mənbə qeyd edib.

O, danışıqların nəticə verməməsinə görə Suriya hökumətini günahlandırıb.

Qeyd edək ki, Əhməd əl-Şaraanın imzalandığı qanunda SDQ-nin Suriya ordusuna inteqrasiyası nəzərdə tutulub, lakin qruplaşma Suriya ordusu ilə toqquşmaları davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR