Bank Of Baku

MDB Baş katibi: Ermənistan təşkilatdan çıxmaq niyyəti barədə rəsmi məlumat verməyib

Bunu MDB-nin Baş katibi Sergey Lebedev

© APA | Bunu MDB-nin Baş katibi Sergey Lebedev

# 10 noyabr 2026 12:51 (UTC +04:00)

Ermənistan Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmaq planları barədə təşkilatı məlumatlandırmayıb.

Bunu MDB-nin Baş katibi Sergey Lebedev Moskvada keçirilən Kollektiv Təhlükəsizliyin Təmin Edilməsi üzrə Beynəlxalq Forumun kuluarlarında TASS-a müsahibəsində bildirib.

“Baş nazir şəxsən mənə, eləcə də bir çox başqa şəxslərə MDB-də qalacaqlarını deyib. Ermənistanın birlikdən çıxmaq niyyətində olduğuna dair heç bir bəyanat eşitməmişik”, – Lebedev qeyd edib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl ölkəsinin MDB çərçivəsində iştirakını davam etdirdiyini, lakin təşkilatın bəzi fəaliyyətlərində iştirak etmədiyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR