İŞİD terror qruplaşmasının Suriyanın Hasakiyə şəhərindəki həbsxanaya yanvarın 20-də başlayan hücumu 332 nəfərin ölümünə səbəb olub.
APA-nın xəbərinə görə, bu barədə Suriyada İnsan Hüquqlarının Müşahidəsi Qrupu məlumat yayıb.
Baş qərargahı Londonda yerləşən təşkilat bildirir ki, toqquşmalara qədər həbsxanada müxtəlif ölkələrdən olan 3500-dək işidçi saxlanılırdı. Öldürülən 332 nəfərdən 246-sı İŞİD üzvü, qalanları isə təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Dağıdılmış ərazidə təmizləmə işləri getdiyi üçün ölü sayının artacağı istisna edilmir.