Suriyada terror aktında 7 uşaq ölüb

Suriyada terror aktında 7 uşaq ölüb
# 06 aprel 2024 18:48 (UTC +04:00)

Suriyanın cənubunda baş verən partlayışda 7 uşaq ölüb.

APA xəbər verir ki, bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA məlumat yayıb.

Bildirilib ki, ölkənin cənubundakı Dəra əyalətində bombanın partlaması nəticəsində 7 uşaq ölüb, 1-i qadın olmaqla 2 mülki şəxs ağır yaralanıb.

Dəra əyaləti Suriya hökumətinin nəzarəti altındadır, lakin son vaxtlar bölgədə iğtişaşlar müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR