Suriyanın Haseke və Qamışlı vilayətlərində silahlı qruplar təhlükəsizlik xidmətinin bölmələrinə hücum ediblər.
APA xəbər verir ki, bu barədə Qətərin “əl-Cəzira” telekanalı məlumat verib.
Hücum nəticəsində insan tələfatının olub-olmaması ilə bağlı hələ ki, heç bir məlumat verilməyib.
Bölgələrdə gərginliyi azaltmaq və təhlükəsizliyi qorumaq üçün gücləndirilmiş iş rejiminə keçilib.