Siciliyadakı Etna vulkanının püskürməsi və atmosferə vulkan külünün atılması səbəbilə Kataniya hava limanının bağlı qalma müddəti uzadılıb.
APA xəbər verir ki, bütün uçuşlar və hava limanına enişlər avqustun 11-i yerli vaxtla saat 06:00-dək təxirə salınıb.
İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına görə, Etna vulkanının Voracine kraterində intensiv və fasiləsiz partlayış aktivliyi davam edir.
Vulkanın külü cənub-cənub-qərb istiqamətində yayılır, iki püskürmə ocağından isə lava axınları çıxır.