Bank Of Baku

Suriyanın sabiq silahlı birləşmə komandiri Livanda həbs olunub

Suriyanın sabiq silahlı birləşmə komandiri Livanda həbs olunub
# 17 oktyabr 2026 01:56 (UTC +04:00)

Suriya hökuməti əvvəlki rejimin tərəfində döyüşmüş, ələvi icmasının yarımhərbi birləşmələrinin sabiq komandiri Əli Kayalinin Livanda saxlanılaraq Suriyaya aparıldığını açıqlayıb.

“Asharq Al-Awsat” qəzetinin Suriya xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən verdiyi məlumata görə, əməliyyat Livan hökuməti ilə koordinasiyalı şəkildə həyata keçirilib.

Məlumata görə, Kayali Livanın Mənsuriyyə şəhərində ailəsi ilə birlikdə başqa soyad altında yaşayarkən saxlanılıb. Livanın Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama verməyib.

Dəməşqdəki keçid hökuməti Kayalini 2013-cü ildə Tartus vilayətinin Banyas şəhərində və yaxınlıqdakı əl-Beyda kəndində 248 sakinin qətlə yetirilməsinin təşkilində iştirakda ittiham edir.

O, Mixraç Ural adı ilə Türkiyədə də axtarışa verilib və 1982-ci ildə Türkiyə həbsxanasından qaçaraq Suriyaya sığınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR